TƏBİB bu şəxsləri daha diqqətli olmağa çağırdı
Artıq bir neçə aydır ki, COVID-19-un alt variantı olan EG.5 və ya elmi ədəbiyyatdaki adı “eris” olan ştam bütün dünyada sürətlə yayılır. Virus, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub.
Bu hal daha öncə də COVID-19-un digər ştamlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranan ştam özündən öncəki ştamdan daha yüngül simptomlara malik olur.
TƏBİB-dən Adalet.az-a bildirilib ki, yeni ştamın yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb ola bilər: “Hazırda ölkəmizdə COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinməyib. İnsanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb. Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir”.
Məlumata görə, COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil.
Hər zaman olduğu kimi, COVID-19-un bütün ştamlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdır. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir.
Digər Xəbərlər
20 Mart 2026 14:03
Novruz bayramında sağlam qidalanma tövsiyələri - VİDEO
19 Mart 2026 18:00
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
17 Mart 2026 16:56
Bu energetik içkinin idxalına məhdudiyyət qoyuldu
17 Mart 2026 15:54


Bakı -°C

