adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 May 2023 12:42
335
DÜNYA

Təbrik etmək mədəniyyəti 

Mayın 28-də qardaş Türkiyədə prezident seçkiləri keçirilidi. TÜrk xalqı ölkənin toxunulmazlığına, millətin asayişinə və gələcəyinə səs verdi. Sayın Ərdoğan müxalifətin vahid namizədi sayın Kılıçdaroğluna 5 faiz fərqlə qalib gəldi.

Sayın Ərdoğanın yenidən prezident seçilmək münasibətilə ilk təbrik edən möhtərəm prezidentimiz İlham Əliyev oldu. Daha sonra dünyanın bütün dövlət başçıları, Bayden və Makron başda olmaqla, telefon açıb sayın Ərdoğanı təbrik etdilər. Və münasibətlərin daha da sıxlaşdırılacağına və inkişaf etdiriləcəyinə inandıqlarını bildirdilər.

Eləcə də prezidentliyə namizəd Muharrem İnce və İYİ partiyanın başqanı Meral Akşener də sayın Ərdoğanı təbrik etdi və uğurlar dilədi.

Amma özünü demokrat sayan və uduzmağını həzm edə bilməyən Kemal Kılıçdaroğlu sayın Ərdoğanı təbrik etmədi.

Və bu məğlubiyyət Kemal Kılıçdaroğlunun siyasi həyatının sonu deməkdir.