adalet.az header logo
  • Bakı -°C
24 Fevral 2026 11:39
77
ELM VƏ TƏHSİL
A- A+

Təhsil haqqında dövlət sənədləri elektron şəkildə təqdim ediləcək

Təhsil haqqında dövlət sənədləri elektron şəkildə təqdim ediləcək.

Adalet.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib.

Onun sözlərinə görə, Nazirlər Kabineti təhsil haqqında dövlət sənədlərinin tam elektron formada verilməsi ilə bağlı qaydaları təsdiqləyib:

"Diplomlar, attestatlar, sertifikatlar və onlara əlavələr ali, orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə hüquqi qüvvəyə malik elektron sənədlər kimi formalaşdırılacaq. Təhsil sənədləri Tehsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi (TMİS) üzərindən elektron formada hazırlanacaq. Sənədlərdəki məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitesilə təhlükəsiz şəkildə təqdim oluna və əldə edilə bilecek".

O vurğulayıb ki, təhsil sənədlərinə ştrix-kod əlavə olunmaqla onların həqiqiliyinin onlayn yoxlanılması mümkün olacaq.