Tələbələrin köçürülməsi 1 fevraldan başlayır? - Rəsmi açıqlama
Son günlər sosial şəbəkələrdə tələbələrin köçürülməsi prosesinə dair saxta məlumat (şəkil) yayılıb. Həmin paylaşımlarda guya tələbələrin köçürülməsi prosesinə 1 fevral tarixindən etibarən başlanıldığı iddia olunur.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Adalet.az-a verilən məlumata görə, yayılan bu məlumat həqiqətə uyğun deyil və rəsmi mənbələrdə yerləşdirilməyib. Görüntülərdəki “elan” saxtalaşdırılıb.
Mövcud qaydalara əsasən, tələbələrin köçürülməsi prosesi yalnız yay tətili dövründə həyata keçirilir. Bu barədə məlumatlar hər il müvafiq dövrdə Elm və Təhsil Nazirliyinin və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəsmi saytlarında və sosial şəbəkə səhifələrində dərc olunur.
Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdə yayımlanan məlumatlara istinad etsinlər və saxta paylaşımları yaymaqdan çəkinsinlər.
Digər Xəbərlər
13 Mart 2026 12:40
"Bu, 50 minə yaxın müəllimin ixtisarı riskini yaradır" - Vitse-spiker
13 Mart 2026 09:25
Onlar direktor müavini təyin edildilər
12 Mart 2026 14:49
Magistratura imtahanının nəticəsi açıqlandı
12 Mart 2026 10:29
Buraxılış imtahanında 62 mindən çox şagird iştirak edəcək
11 Mart 2026 12:12
Riyaziyyat fənnindən sualllar çətin olub...
11 Mart 2026 11:53
Dövlət qulluqçusu olmaq istəyən 1600-dən çox namizəd imtahan verəcək
10 Mart 2026 20:22
Nazir işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlərlə görüşüb - FOTOLAR
10 Mart 2026 15:42


Bakı -°C

