“Xarq adasında neft infrastrukturu zərər görməyib”
“Fars” agentliyi ABŞ hücumları zamanı İranın neft ixracı üçün strateji əhəmiyyət daşıyan Xarq adasında yerləşən neft infrastrukturunun zədələnmədiyini bildirib.
Adalet.az agentliyə istinadən xəbər verir ki, ABŞ-nin hava hücumlarından sonra adada 15-dən çox partlayış səsi eşidilsə də, neft obyektlərinə zərər dəyməyib.
Bildirilib ki, hücumların əsas hədəfləri İran ordusunun hava hücumundan müdafiə sistemi, Cəvşən dəniz bazası, hava limanının idarəetmə qülləsi və kontinental şelfdə yerləşən helikopter anqarı olub.
Qeyd edilir ki, hücumdan bir neçə saat sonra adanın müxtəlif hissələrində sıx tüstü müşahidə olunub.
Xatırladaq ki, Donald Tramp daha əvvəl ABŞ qüvvələrinin Xarq adasında yerləşən hərbi hədəflərə zərbələr endirdiyini və adadakı bütün hərbi obyektlərin tamamilə məhv edildiyini demişdi.
Tramp həmçinin adadakı neft infrastrukturuna zərbə endirmədiklərini, lakin gəmilərin Hörmüz boğazından sərbəst və təhlükəsiz keçidinə maneə yaradılacağı təqdirdə bu qərara yenidən baxa biləcəklərini bildirmişdi.
Digər Xəbərlər
14 Aprel 2026 11:55
Məktəbə silahlı hücum: yaralılar var - Türkiyədə
14 Aprel 2026 11:26
ABŞ və İran rəsmiləri yenidən görüşəcək
14 Aprel 2026 10:46
Belə olan halda ABŞ vətəndaşlarının qəzəbi Trampa yönəlib – Politoloq
14 Aprel 2026 10:31
Baş nazirin arvadı korrupsiyada ittiham olunur
14 Aprel 2026 09:35
Bu ölkə vətəndaşlarının muzeyə girişi qadağan edildi - Almaniyada
14 Aprel 2026 09:21
İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik - Vens
13 Aprel 2026 20:00
Aya uçanlar market menecerindən də az maaş alır
13 Aprel 2026 19:46


Bakı -°C

