Telefondan istifadə edən sürücü saxlanıldı - VİDEO
Bu günədək aparılan müşahidələr və statistik göstəricilər sübut edir ki, sükan arxasında sürücünün diqqətinin yayınması yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəblərindən biridir. Hərəkət zamanı mobil telefonu əldə saxlamaqla istifadə etmək sürücünün reaksiya vermə müddətini azaldır və təhlükəli vəziyyətin vaxtında qiymətləndirilməsinə mane olur.
DİN Mətbuat Xidmətindən Adalet.az-a bildirilib ki, yol polisi tərəfindən keçirilən növbəti profilaktik tədbir zamanı hərəkət zamanı mobil telefonu əldə saxlamaqla ondan istifadə edən sürücü müəyyən olunub. Onunla maarifləndirici söhbət aparılmaqla qanunvericiliyin tələbləri diqqətinə çatdırılıb.
Unutmaq olmaz ki, sürücü yalnız öz həyatına deyil, piyadaların, sərnişinlərin və digər hərəkət iştirakçılarının da təhlükəsizliyinə birbaşa cavabdehdir. Bir neçə saniyəlik diqqətsizlik ağır nəticələrə, bəzən isə geri dönüşü olmayan faciələrə səbəb ola bilər. Ona görə də hər bir sürücünü məsuliyyətli olmağa və təhlükəli davranışlardan çəkinməyə çağırırıq.
Digər Xəbərlər
09 Oktyabr 2026 00:01
Hadrutun işğaldan azad olunmasından 6 İL ÖTÜR
08 Oktyabr 2026 18:17
Sabah leysan yağacaq - Hava ilə bağlı XƏBƏRDARLIQ
08 Oktyabr 2026 17:16
Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur
08 Oktyabr 2026 16:50
Hərbi xidmətə yollananlarla bağlı MÜHÜM QƏRAR – Rəsmi qurum açıqladı
08 Oktyabr 2026 15:19
"Atəş açmasaydı, onu həmin gün Azərbaycana qaytarardıq" - Paşinyan
08 Oktyabr 2026 13:46
“Əgər mümkünsə elektron sistemindən əlavə alternativ üsul müəyyən edilsin...”
08 Oktyabr 2026 13:37
"328 itkin şəxsin genetik identifikasiyası həyata keçirilib" - DTX-nin baş idarə rəisi
08 Oktyabr 2026 13:36


Bakı -°C

