Terrorçuluqda təqsirləndirilən ermənilərin məhkəmə istintaqı başa çatdı

Sabunçu rayon Məhkəməsinin inzibati binasında terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşı - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin məhkəməsi davam edib.
Adalet.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi keçirilib.
Sənədlərdə qeyd edilib ki, bu iş üzrə təqsirləndirilən şəxslərlə birlikdə tutulan digər 4 nəfər ötən il Ağdam rayonunda olan minaların xəritələrinin Ermənsitan tərəfindən nverilməsi müqabilində qarşı tərəfə təhvil verilib.
Həmçinin, sənədlərdə qeyd edilib ki, İşxan Sarqsyanın telefonuna baxış zamanı 2019-cu il çəkilmiş faylda Azərbaycanın Tovuz rayonunun Ağbulaq kəndinin koordinantları müəyyən edilib.
Həmin kənddən 40 km aralıda Əyyublu kəndinin ərazisindən Bakı-Tbilisi Ceyhan Neft Kəmərinin stansiyası mövcuddur.
İşxan Sarqsyanın telefonuna keçirilən baxış zamanı 2021-ci ilin may ayının 27-də Kəlbəcər rayonun Yuxarı Ayrım kəndinin mina düzəlmədən qabaq görüntüləri aşkar edilib.
Məhkəmə istintaqı başa çatdırılıb.
Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi fevralın 28-nə təyin edilib.
Digər Xəbərlər

Vardanyan yenidən zərərçəkmişlərlə üz-üzə

"Sputnik Azərbaycan"da saxlanılanlarla bağlı məhkəməyə təqdimat daxil olub

Azər Zahid ev dustaqlığına buraxıldı

Baş prokuror Yekaterinburq hadisələri ilə bağlı cinayət işi başlatdı

Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdilər - FOTOLAR

Özünə polkovnik rütbəsi vermişdi, 10 il həbs olundu

Baş Prokurorluqda dövlət qulluqçularının peşə bayramı qeyd olunub
