TikTok neçə ölkədə qadağan olunub? – Siyahı
"Statista" saytının məlumatına görə, dünyanın 19 ölkəsində TikTok-a qadağa qoyulub.
Adalet.az bildirir ki, qeyd edildiyi kimi, bu sıraya 2 kateqoriya ölkələr daxildir. Birinci kateqoriya TikTok-un yalnız dövlət işçilərinin və dövlət sektoru işçilərinin smartfonlarına quraşdırılmasının qadağan olunduğu ölkələrdir. Bu kateqoriyaya ABŞ, Kanada, Avstraliya, bir sıra Avropa ölkələri daxildir, ümumilikdə 11 belə dövlət var.
İkinci kateqoriya TikTok-a tam qadağanın tətbiq olunduğu dövlətlərdir. Bu ölkələr əsasən Asiya və Afrikada yerləşir. TikTok-a müvəqqəti qadağa tətbiq edilən bir Avropa ölkəsi də var - Albaniya. Ümumi qadağanın ən parlaq nümunəsi TikTok da daxil olmaqla 59 Çin tətbiqinin qadağan edildiyi Hindistandır. TikTok-a tam qadağanın tətbiq olunduğu digər ölkələr arasında Əfqanıstan, İran, İordaniya və s. var.
Bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ABŞ-da TikTok sosial şəbəkəsinin bloklanmasının 75 günlük gecikdirilməsi haqqında fərman imzalayıb. Tramp öz sərəncamında baş prokurora əmrin verildiyi gündən 75 gün ərzində sosial şəbəkənin bloklanması ilə bağlı qanunun tətbiqi üçün ABŞ adından heç bir tədbir görməməyi tapşırıb.
Trampın sözlərinə görə, bütün bunlar ona görə lazımdır ki, Ağ Ev TikTok ilə bağlı müvafiq hərəkət kursunu müəyyən edə bilsin. /lent.az
Digər Xəbərlər
22 Oktyabr 2026 11:47
Süni intellektlə yaradılmış 50 milyondan çox musiqi məhdudlaşdırıldı
21 Oktyabr 2026 07:07
Süni intellekt indi də oğurluq etdi
20 Oktyabr 2026 11:42
Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar olur
19 Oktyabr 2026 14:40


Bakı -°C

