adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Mart 2024 09:46
1173
İDMAN

“Trabzonspor” azarkeşləri “Fenerbahçe” futbolçularına hücum etdi - VİDEO

Türkiyə Superliqasının 30-cu turunda keçirilən “Trabzonspor” – “Fenerbahçe” matçı qalmaqalla yadda qalıb.

Adalet.az xəbər verir ki, qarşılaşmadan sonra yerli azarkeşlər meydana axın edərək rəqib futbolçulara hücum çəkib. 

Buna səbəb isə matçın son dəqiqələrində qol vuran “Fenerbahçe” azarkeşlərinin həmin qolu çılğın şəkildə qeyd etməsi olub. Rəqibin qolu bayram etməsinə qıcıqlanan azarkeşlər İstanbul klubunun oyunçularını vurmağa çalışıb. 

Hətta azarkeşlərdən biri “Fenerbahçe”nin futbolçusu Osayi Samuelə bıçaqla hücum edib. Futbolçu qarşılığını verərək azarkeşi vurub. 

Ən çox zərərçəkən oyunçulardan biri isə “sarı lacivərtlilər”in qapıçısı Dominik Livakoviç olub. Azarekşlər çərçivə qoruyucusuna yumruqla zərbələr endirib.

Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayaraq matçla bağlı araşdırılmalara başlanıldığını açıqlayıb.