30 Mart 2025 20:14
548
DÜNYA

Tramp 2037-ci ilə qədər hakimiyyətdə qala bilər

Tramp istəsə, konstitusiya boşluğundan istifadə edərək 2037-ci ilə qədər hakimiyyətdə qala bilər.

Adalet.az xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.

ABŞ-da eyni şəxs iki müddətdən artıq prezident ola bilməsə də, ölkə Konstitusiyasına edilən 22-ci düzəlişdə boşluq var: belə ki, əvvəllər iki müddətə seçilən şəxsin dövlət başçısının istefası və ya ölümü ilə əlaqədar vəzifəyə qayıtması hallarını tənzimlənmir. 

Yəni Tramp vitse-prezidentliyə namizəd ola bilər və ABŞ-nin hazırkı vitse-prezidenti Vens prezidentliyə namizədlər siyahısına başçılıq edəcək.

And içdikdən sonra Vens vəzifəsindən istefa verə, vitse-prezident Trampa səlahiyyət ötürə bilər.