Tramp: ABŞ bu və ya digər şəkildə Qrenlandiyaya sahib olacaq
ABŞ hətta "çətin yolu seçsə belə", Qrenlandiyaya sahib olacaq.
Adalet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə iri neft hasilatı şirkətlərinin top-menecerləri ilə keçirdiyi görüşdə bəyan edib.
Ondan Qrenlandiyanın ABŞ-nin tərkibinə daxil olması üçün nə qədər vəsait lazım olacağı barədə fikri soruşulub.
"Mən hələlik Qrenlandiya üçün ödəniləcək pullardan danışmıram. Ola bilsin, bu barədə danışacağam, amma hazırda biz Qrenlandiya ilə bağlı nə isə etmək niyyətindəyik - bu onların xoşuna gəlsə də, gəlməsə də", - deyə Ağ Ev rəhbəri bildirib. O belə bir fikir ifadə edib ki, əgər ABŞ bunu etməsə, "Rusiya və ya Çin Qrenlandiyanı ələ keçirəcək".
"Mən bu sövdələşməni, bilirsiniz, ən asan yolla bağlamaq istərdim. Amma əgər biz bunu edə bilməsək, o zaman çətin yolla gedəcəyik", - deyə o, fikrini yekunlaşdırıb.
Digər Xəbərlər
10 Yanvar 2026 19:11
Britaniya XİN İranda etirazçıların öldürülməsini pislədi
10 Yanvar 2026 18:27
"Etirazçılara ölüm cəzası olacaq" - İranın baş prokuroru
10 Yanvar 2026 17:43
Makron Ukraynaya 6000 əsgərin yerləşdirilməsi planını təqdim etdi
10 Yanvar 2026 17:20


Bakı -°C

