Tramp Avropa İttifaqını hədələdi: Buna hazır olmalıdırlar!
ABŞ prezidenti Donald Tramp yenidən Avropa İttifaqını (Aİ) ticarət tarifləri ilə hədələyib.
Adalet.az xəbər verir ki, “Deutsche Welle”nin məlumatına görə, Tramp “Bizimlə çox, çox pis rəftar edirlər. Buna görə də onlar tariflərə hazır olmalıdırlar. Bu, ədalətə nail olmağın yeganə yoludur" deyib.
Respublikaçı president ticarət kəsirindən narazılığını bildirib və qeyd edib ki, Avropa İttifaqı Amerika avtomobillərini və kənd təsərrüfatı məhsullarını almaqdan imtina edir.
Bundan əvvəl Tramp Aİ ölkələrini də ABŞ-dən neft və qaz idxalını artırmağa çağırıb.
Donald Tramp həmçinin bildirib ki, onun administrasiyası fevralın 1-dən Çindən idxal olunan mallara 10 faizlik gömrük rüsumunun tətbiqini nəzərdən keçirir.
O, hər il minlərlə amerikalının həyatına son qoyan sintetik narkotik fentanilin Çindən Meksika və Kanada vasitəsilə ABŞ-yə qaçaqmalçılıq yolu ilə gətirilməsini səbəb kimi göstərib.
Prezident kimi ilk dövründə Donald Tramp polad və alüminium idxalına əlavə rüsumlar tətbiq etdi və bu, ABŞ və Avropa İttifaqı arasında kəskin ticarət münaqişəsinə səbəb oldu. Buna cavab olaraq Aİ bir sıra Amerika məhsullarına öz tariflərini tətbiq etdi, o cümlədən viski, Harley-Davidson motosikletləri və Levi Strauss geyimlərində.
Digər Xəbərlər
17 Sentyabr 2026 11:39
Rusiyada benzin böhranı
17 Sentyabr 2026 09:25
Yaponiya hökuməti tam tərkibdə istefaya gedib
17 Sentyabr 2026 09:06
ABŞ Mahmud Abbasa viza vermədi
17 Sentyabr 2026 09:04
Tramp Rusiya-Ukrayna münaqişəsinin "tezliklə başa çatacağını" bəyan edib
17 Sentyabr 2026 08:57
12 il əvvəl "qətlə yetirilən" qadın sağ tapıldı
17 Sentyabr 2026 08:52
“Ümid edirəm ki, İranla müharibənin sonuna yaxınlaşırıq”
17 Sentyabr 2026 07:40
Şahzadə Diana haqqında kitabın ilk nüsxələri nəşrdən əvvəl oğurlandı
17 Sentyabr 2026 07:37


Bakı -°C

