Tramp bu gün Qətərə səfər edəcək

ABŞ Prezidenti Donald Tramp iyulun 16-da Qətərə səfər edəcək.
Adalet.az xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Səfər çərçivəsində o, Qəzza zolağında atəşkəs və İran ətrafındakı vəziyyəti müzakirə etmək üçün Qətərin baş naziri, xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Al Tani ilə görüşəcək.
Qeyd olunur ki, ABŞ lideri Vaşinqton və Tehran arasında yeni nüvə sazişinə nail olmaq üçün danışıqların bərpasına çalışır, həmçinin HƏMAS tərəfindən Qəzza sektorunda saxlanılan İsrail girovlarının azad edilməsinə nail olmaq istəyir.
Digər Xəbərlər

Netanyahu: Suriyaya zərbələrdə İsrailin bütün qüvvələri iştirak edir

BƏƏ Prezidenti Türkiyədə səfərdədir

Xamənei ABŞ və İsraili məhkəməyə verməyə çağırıb

Baxçalı Öcalanla danışıqlar aparan DEM Partiya heyəti ilə görüşdü

Əkrəm İmamoğlu azadlıqdan məhrum edildi

Paşinyan nəqliyyat dəhlizlərinin açılmasından danışdı

"Sülh müqaviləsinin paraflanması ideyası var" - Paşinyan
