07 Yanvar 2025 09:59
199
DÜNYA

Tramp Kanadaya ABŞ-ın 51-ci ştatı olmağı təklif edib

Kanadanın baş naziri Castin Tryudonun istefaya getmək istədiyini bəyən etməsindən sonra, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp,  "Trunth Social " sosial şəbəkəsində, Kanadaya  Birləşmiş Ştatların 51-ci ştatı olmağı təklif edib.

 "ABŞ bundan sonra, Kanadanı üzdə saxlamaq üçün, külli miqdarda ticarət defisitini və subsidiyalarını qarşılamaq fikirində deyil"- deyə Tramp yazıb.

 Tramp hesab edir ki, iki ölkənin birləşdirilməsi ticarət tariflərini aradan qaldırar, vergi yükünü azaldar və Kanadaya "onları daima nəzarətdə saxlayan Rusiya və Çin gəmilərindən gələ biləcək təhlükədən qorumaq imkanları yaradar".

 Bu da belə... Trampda deyəsən ABŞ -ın ərazilərini genişlöndirmğk arzusundadır.

 Rüstəm Hacıyev