Tramp orduya əmr etdi: Onlarla hədəfə zərbələr endirildi
ABŞ Prezidenti Donald Tramp orduya Yəməndə fəaliyyət göstərən husilərə qarşı əməliyyatlara başlamaq barədə əmr verib.
Adalet.az xəbər verir ki, bu barədə o, “Truth Social” hesabında bildirib.
Onun sözlərinə görə, husilər Amerikanın və digər dövlətlərin gəmilərinə, təyyarələrinə qarşı terror kampaniyası aparıblar:
“ABŞ bayrağı altında olan ticarət gəmisinin Süveyş kanalı, Qırmızı dəniz və ya Ədən körfəzindən təhlükəsiz şəkildə keçməsindən bir ildən artıq vaxt keçir. İran tərəfindən maliyyələşdirilən Husi quldurları ABŞ təyyarələrinə raket zərbələri endirib, bizim qoşunlarımızı və müttəfiqlərimizi hədəfə alıblar. Bu hücumlar ABŞ və dünya iqtisadiyyatına milyardlarla dollara başa gəlib, eyni zamanda, günahsız insanların həyatını riskə atıb”.
Əmrdən sonra ABŞ ordusu Yəməndə husilərin nəzarətində olan hədəflərə hava zərbələri endirib. Husilərə məxsus “Al Masirah” telekanalı paytaxt Səna şəhərinə zərbələr endirildiyini bildirib.
Digər Xəbərlər
05 Aprel 2026 09:23
İran səmasında daha bir pilotsuz təyyarə vurulub - SEPAH
04 Aprel 2026 19:50
ABŞ Qasım Süleymaninin qardaşı qızı və nəvəsini həbs edib
04 Aprel 2026 19:35
Türkiyə Ukraynada sülh üçün səylərini davam etdirir - Ərdoğan
04 Aprel 2026 19:30
"İranın 48 saat vaxtı qalıb" - Tramp
04 Aprel 2026 18:07
Cəhənnəmdən keçdik, amma Ermənistanı geosiyasi tələdən çıxardıq - Paşinyan
04 Aprel 2026 18:06
Ərdoğanla Rutte arasında telefon danışığı olub
04 Aprel 2026 18:05
Avropa İqtisadiyyatı enerji böhranı ilə üz-üzədir - Orban
04 Aprel 2026 16:02


Bakı -°C

