Tramp öz adını daşıyan dərman veb saytı açdı
ABŞ Prezidenti Donald Tramp əlverişli qiymətə dərmanların əldə edilə biləcəyi "TrumpRx.gov" veb saytını ictimaiyyətə təqdim edib.
Adalet.az xəbər verir ki, Ağ Evdə keçirilən mətbuat konfransında özünün eyniadlı əczaçılıq veb saytının istifadəyə verildiyini elan edən Tramp, vəzifəyə başladığı gündən bəri bütün əsas əczaçılıq şirkətləri ilə ciddi müzakirələr apardığını və bu müzakirələrin bir çox vacib dərmanların qiymətlərində əhəmiyyətli dərəcədə azalma ilə nəticələndiyini söyləyib.
Tramp seçkilərdə verdiyi böyük vədi yerinə yetirdiyini bildirərək, yeni xidmətin milyonlarla amerikalıların həyatına birbaşa təsir edəcəyini və onların büdcəsinə əhəmiyyətli dərəcədə töhfə verəcəyini açıqlayıb.
"Biz bütün dövrlərin ən transformativ səhiyyə təşəbbüslərindən birini başlatırıq. Bu, böyük bir işdir", - o, əlavə edib.
Digər Xəbərlər
03 Aprel 2026 16:51
İran rejimi məhv olanadək müharibə davam edəcək - Netanyahu
03 Aprel 2026 16:50
"Hörmüz boğazını asanlıqla aça bilərik"
03 Aprel 2026 16:31
Yaponiya tankeri də Hörmüz boğazını keçdi
03 Aprel 2026 10:30


Bakı -°C

