Dünyanın kütləvi informasiya vasitələri, siyasətçilər, aparıcı dövlət rəhbərləri və ən nəhayət sadə vətəndaşlar neçə gündür hələ ki, nə ABŞ administrasiyası, nə maraqlı tərəf sayılan Ukrayna prezidenti təfəfindən açıqlanmayan "Tramp planını" müzakirə edirlər.
Ukrayna münaqişəsinin sülh (?) yolu ilə nizamlanması ilə bağlı 28 bəndlik "Tramp planının", Rusiya tərəfi ilə birgə hazırlandığını iddia edənlərdə var. Onların fikirincə, belə bir planın hazırlanması, guya hələ keçən ay Tramp və Putin arasında Alyaskada keçirilən görüşdə razılaşdırılıb.
Rusiya tərəfi- Putinin mətbuat katibi Dmitri Peskov və RF-sı XİN-nin sözçüsü Mariya Zaxarova and içirlər ki, "Tramp planı"nın üzün görməyiblər. Lakin, Kremlin ruporları-tele aparıcıları, siyasi şərhçiləri artıq ciddi-cəhdlə yayılan 28 bəndlik planın müzakirəsini aparırlar.
ABŞ prezidenti Donald Trampın, Ukrayna prezidenti Volodimir Zelenskini təhdid etməsi, ona bu sənədi imzalaması üçün bu ayın 27-nədək vaxt verməsi, onsuzda gərgin olan vəziyyəti daha da gərginləşdirib. Hələ üstəlik Ukrayniyaya göstərilən hərbi və humanitar yardımlarda korrüpsiya əmməllərinin aşkar olunması da, ciddi müzakirələrə səbəb olmaqdadır.
Hiss olunur ki, Tramp administrasiyası Ukraynanı hər tərəfdən sıxışdıraraq, işğal edilən ərazilərdən əl çəkməyə, təslim aktını imzalamağa məcbur etmək niyyətindədir.
Həm müharibə çəbhəsində, həm də siyasi arenada çətin seçim arasında qalan Ukrayna prezidenti, xalqa müraciət edərək, ya şərəfsizcəsinə kapitulyasiya aktını imzalamaq, yada ABŞ kimi yaxın müttəfiqini itirmək seçimi etmək arasında qaldıqlarını bidirdi.
Ukrayna prezidenti, "mən ABŞ planına hələ 2019- cu ildə cavab vermişəm"- deməklə, əslində Trampın təqdim etdiyi kapitulyasiya aktına qol çəkməyəcəyini bidirdi.
Rusiya prezidenti isə, heç nədən xəbəri olmamış kimi susur.
Müharibənin bu cür alçaldıcı "sülhlə" (kapitulyasiya) başa çatacağından təşvişə düşən Avropanın aparıcı dövlət başçıları bir yerə toplaşaraq, bu planın regionun təhlükəsizliyinə zərbə vuracağını ABŞ prezidrnti Trampın nəzərinə çatdırmaq və planın nisbətən yumşaldılmasına çalışırlar.
Görünən odur ki, "Tramp planının" tam mətni rəsmi olaraq açıqlanmayana qədər, müzakirələr də, müharibə də davam edəcək...


Bakı -°C
