Tramp Rusiyaya yeni sanksiyalar HAZIRLAYIR

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bəyan edib.
Adalet.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, ABŞ lideri Ağ Evdə çıxışı zamanı bu barədə danışıb.
"Bəli, hazıram", – deyə Tramp Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə hazır olub-olmadığı ilə bağlı suala cavab verərkən deyib, lakin təfərrüatlara varmayıb.
Bundan əvvəl "The New York Times" nəşri ABŞ-nin maliyyə naziri Skott Bessentə istinadla yazmışdı ki, Vaşinqton Moskvaya iqtisadi təzyiqləri gücləndirməyə hazırdır, lakin bunun üçün avropalı müttəfiqlərin dəstəyi vacibdir.
Qeyd edək ki, sentyabrın 7-nə keçən gecə Rusiya Ukraynaya genişmiqyaslı hücum həyata keçirib. Ukrayna KİV-lərinin məlumatına görə, hücum zamanı rekord sayda dron və raket buraxılıb, Ukrayna Nazirlər Kabinetinin binası da zərər görüb.
Digər Xəbərlər

Zelenski: Putin açıq şəkildə danışıqlardan yayınır

Kreml insanları ayrı-seçkilik etmədən öldürür - Leyen

Türkiyənin qərbində güclü zəlzələ baş verdi

Antalyanın polis rəisi HƏBS OLUNDU

Gələn həftə Türkiyə və Ermənistan rəsmiləri görüşəcək

Ukrayna Müdafiə Nazirliyi: Rusiya Avropaya hücum edə bilər

CNN: Tramp və Si Cinpin Cənubi Koreyada görüşə bilər
