Zelenski: Putin açıq şəkildə danışıqlardan yayınır
Tərəfdaşlarımızın Rusiyanın hücumlarına geniş reaksiya verməsi vacibdir.
Adalet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın paytaxt Kiyev daxil olmaqla, bir sıra şəhərlərə təşkil etdiyi kütləvi hücumlara dair "Telegram" kanalında etdiyi paylaşımda bildirib.
O bildirib ki, bu hücumlarla Rusiya Ukraynaya daha çox ağrı verməyə çalışır:
"Bu, Putinin dünyanı sınağa çəkməsinin açıq göstəricisidir. O görmək istəyir ki, bunu qəbul edəcəklərmi, yoxsa dözəcəklərmi. Məhz buna görə də liderlərin, dövlətlərin və beynəlxalq qurumların bəyanatlarının Rusiyaya qarşı sanksiyalarla, Rusiya ilə əlaqəli şəxslərə qarşı tədbirlərlə, sərt tariflər və digər ticarət məhdudiyyətləri ilə müşayiət olunması vacibdir".
Ukrayna Prezidenti qeyd edib ki, Putin danışıqları istəmir, açıq şəkildə bundan yayınır, buna görə də Rusiyanın yanacaq çatışmazlığı və digər iqtisadi problemləri atəşkəsə və ya liderlər səviyyəsində görüşə razılaşmaqdan imtinanın məntiqli cavabıdır.
Digər Xəbərlər
08 Sentyabr 2026 17:43
Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edəcək
08 Sentyabr 2026 13:47
Zelenski Trampla görüşəcək
08 Sentyabr 2026 11:38
Qazaxıstanda neft emalı zavodunda güclü yanğın
08 Sentyabr 2026 10:59
Türkiyə meşə yanğınları ilə mübarizə aparır
08 Sentyabr 2026 10:10
Husilərin Səudiyyə Ərəbistanına hücumunda onlarla insan yaralandı
08 Sentyabr 2026 07:48
Tüstüsünə görə hər il 100 min insan ölür
08 Sentyabr 2026 07:27
Tramp artan neft qiymətlərinə münasibət bildirib
08 Sentyabr 2026 07:09


Bakı -°C

