Tramp Zelenskini "xərcləyir" -  Rüstəm  Hacıyev yazır

RÜSTƏM HACIYEV
111 | 2025-02-24 11:05

Bütün iştirakçılarının başlarını gicəlləndirən Münhen konfranslndan ötən bir həftə ərzində, beynəlxalq sitasət yönümü demək olar ki, kardinal şəkildə dəyişdi. ABŞ və Rusiya münasibətləri yaxınlaşmağa başladl, Avropa İttifaqı Ukraynaya yardım etməkdə təkbaşına qaldı. Bununlada rəsmi Kiyev artıq ayağının altındakı torpağın yavaş-yavaş sürüşdüyünü hiss etməyə başladı.

 Hələ də Avropanın "ağsaqqalı" olmaq iddiasında olan  Fransanın prezidenti Emanuel Makron, aparıcı avropa dövlətlərinin liderlərini təcili olaraq Parisə-sammitə topladı. Hər şeyi öz başına görə üyğun hesab edən Makron, ABŞ-ın Rusiya ilə yaxınlaşmasının, eyni zamanda Ukrayna münaqişəsinin sonlandlrılması planının qarşısını almaq üçün tədbirlər görmək istəyi, ABŞ-ın vitse-prezidenti Cey Di Vansın dağıdıcı çıxışından sonra,   faktiki  olaraq sammit iştirakçıları tərəfindən  qəbul olunmadı. 

 Paris konfransının iştirakçıları təcili yığıncaada Ukraynaynanın müdafiə gücünü artırmaq məqsədiylə, hərbi yardımı artırmaq məsələsini müzakirəyə çıxarsalar da, sonda yalnız münaqişəylə bağlı tərəflər arasında hər hansı razılaşma olarsa, münaqişə zonasına sülhməramlı qoşunların göndərulməsi ideyası üzərində düşünməyə üstünlük verdilər. Makronun təşəbbüsüylə təcili Parusə toplanan Aİ-nin dövlət rəhbərləri Ukraynaya müdafiə olunması üçün kömək etməyin daha da genişləndirilməsinin  vacib olduğunu bildirsələr də, bunu necə edəcəkləri məsələsində razılığa gələ bilmədilər...

 ABŞ prezidenti Donald Tramp, prezident seçkiləri ərəfəsində Ukrayna prezidenti Volodimir Zelenskinin açlq şəkildə Co Baydeni dəstəkləməsini bağışlaya bilmir.  Tramp son çıxışlarında Ukrayna prezidentini  dikdator adlandlraraq təhqir etməkdən belə çəkinmir, onu, Co Bayden komandasının hərbi yardlm adıyla göndərdiyi 350 milyard dolları mənimsəməkdə günahlandırır.  Tramp administrasitasının iddialarına görə,  hazırda mətbuatda  müxtəlif amerikan fondlarından oğurlanaraq Kiyevə göndərilən 350 milyard dolların hara və necə xərclənməsi məsələsinin araşdırılmasına başlandığı barədə xəbərlər dolaşmaqdadır. Ukrayna prezidenti isə, öz növbəsində Bayden hökumətinin Kiyevə cəmisi 100 milyard dollar yardım etdiyini bəyan edib...

 ABŞ mərkəzi kəşfiyyat idarəsinin keçmiş analitiki Larri Consonun fikirincə, Tramp çox kinli adamdlr. "Düzdür o, bağışlamağı da bacarlr, lakin  siz nə vaxrsa onun yolumun qarşısına çıxmısınızsa, Tramp bunu yadından çıxarmır.

 Bir sözlə, Tramp artıq Zelenskini "xərcləməyi" qarşısına məqsəd qoyub.  Bacaracaamı?   Yaddan çıxmamalıdır ki,  Zelenskini Ukraynada hakimiyyətə gətirən və hazırda da onun təhlükəsizliyini qoruyan qüvvələr də var. Ukraynanın hazırki prezidenti onların nəzərdə tutduqları missiyasını tam başa vurmayıb və görünən odurki, Zelenski hələ bir müddət də onlara lazımı olacaq. 
Sonra isə... 

 

TƏQVİM / ARXİV