adalet.az header logo
  • Bakı -°C
15 May 2026 11:17
90
DÜNYA
A- A+

Trampın Çinə səfəri başa çatdı

ABŞ Prezidenti Donald Tramp Çinə dövlət səfərini başa vuraraq xüsusi reyslə ölkəsinə yollanıb.

Adalet.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

Birləşmiş Ştatlar liderinin Çinə üçgünlük səfəri sıx qrafik çərçivəsində reallaşıb. Danışıqlar zamanı Ukrayna böhranı və ABŞ-İran münaqişəsi də daxil olmaqla bir sıra aktual ikitərəfli və beynəlxalq məsələlər müzakirə edilib.

Tramp qeyd edib ki, Vaşinqton və Pekin İran məsələsində oxşar mövqelərə malikdirlər. Onun fikrincə, Çin lideri Si Cinpin də silahlı qarşıdurmaya son qoymaq istəyir.

ABŞ lideri iki ölkə arasında uğurlu ticarət müqavilələri bağlandığını da bəyan edib.

Bundan əlavə, Çinin ABŞ şirkətlərinə yüz milyardlarla dollar investisiya qoyacağı və bu ölkənin Birləşmiş Ştatlardan 200 "Boeing" təyyarəsi sifariş etməyi planlaşdırdığı da vurğulanır.