15 Avqust 2025 09:16
80
DÜNYA

Trampın gəlişindən sonra1,6 milyon miqrant ABŞ-ni tərk edib

Donald Trampın ikinci prezidentlik müddəti başlayandan bəri təxminən 1,6 milyon qeyri-qanuni mühacir ABŞ-yi tərk edib.

Adalet.az xəbər verir ki, bu barədə ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem məlumat verib.

“200 gündən az müddətdə 1,6 milyon qeyri-qanuni immiqrant ABŞ-yi tərk edib. Bu nəhəngdir”, - deyə o əlavə edib.

Noem, bunun Amerikanın təhsil və tibb müəssisələrinda yükün azaltdığını, vətəndaşlara daha çox iş tapmaq imkanını qoruyub saxladığını və daha təhlükəsiz küçələrə səbəb olduğunu söyləyib.