23 May 2025 11:49
361
DÜNYA

Trampın "Qəzzadan sürgün" planına Britaniya, Fransa və Kanadadan REAKSİYA

Xatırlayırsınızsa, ilin əvvələrində ABŞ prezidenti Donald Tramp Qəzza bölgəsində yaşayan fələstinlilərin Misir və İordaniyaya köçürülməsini təklif etmişdi. Tramp onu da qeyd etmişdi ki, Qəzza artıq xarabalığa çevrilib, orada salamat bina qalmayıb və gələcəkdə İsrailin bu ərazini yenidən bombalamayacağına dair təminat yoxdur.

Təbii ki, bir sıra siyasi qüvvələr Donald Trampın Qəzza ilə bağlı bu planını dəstəkləmədi.
Xüsusən, fevral ayında İsrailin müdafiə naziri İsrael Kats orduya qəzzalıların anklavı könüllü şəkildə tərk etməsinə icazə vermək üçün plan hazırlamağı əmr etməsi diqqətləri çəkdi:"Mən ABŞ prezidenti Donald Trampın cəsarətli planını alqışlayıram. Bütün dünyada olduğu kimi, qəzzalılara çıxış və immiqrasiya azadlığı verilməlidir. Plana quru keçidləri vasitəsilə çıxış variantları, həmçinin dəniz və hava yolu ilə çıxış üçün xüsusi tənzimləmələr daxil olacaq"


Əslində dünya anlayır ki, böyük güclərin qaçqın fələstinlilərin Misir və İordaniyaya köçürülməsi ilə bağlı fikirləri regiondakı vəziyyəti dəyişdirmək, HƏMAS-ı zəiflətmək və İsrailin təhlükəsizliyini təmin etmək məqsədi güdür. Trampın Qəzza bölgəsinin bərpa edilməsi və orada kütləvi şəkildə yəhudi yaşayış məskənləri qurulması ilə bağlı təklifləri də fələstinlilərin ərazi üzərindəki hüquqlarına zidd olaraq İsrailin daha çox ərazi əldə etməsinə yönəlib. Anlamaq çətin deyil ki, bu planın əslində yerli əhali olan fələstinlilərin bölgədən uzaqlaşdırılmasına, daha dəqiq deportasiyasına xidmət edən bir proqram olduğunu bildirdilər.
Məhz bu plan may ayında həyata keçirilməsinə başlanması bir çox ölkələri hərəkətə keçirdi.
May ayının 19-da İngiltərə, Fransa və Kanada İsrailin Qəzzada əməliyyatlarını və işğal olunmuş İordan çayının qərb sahilindəki fəaliyyətini tənqid edən bəyanat yaydı.

Bundan başqa 20 mayda Britaniya hökuməti İsraillə azad ticarət danışıqlarını dayandırdı və İordan çayının qərb sahilindəki yaşayış məntəqələrinə yeni sanksiyalar tətbiq etdi. Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi bildirdi ki, İsraillə hazırkı ticarət razılaşması qüvvədə qalır, lakin hökumət İordan çayının qərb sahili və Qəzzada radikal siyasət yürüdən hökumətlə danışıqları davam etdirə bilməz:"İsrail hökuməti müdaxilə etməli və bu aqressiv hərəkətləri dayandırmalıdır. Onların davamlı hərəkətsizliyi Fələstin icmalarını və iki dövlət həllini risk altında qoyur".
Məhz Britaniyanın bu addımından sonra ABŞ dövlət katibi Marko Rubio planlarının müdafiəsinə qalxdı və dedi ki, Vaşinqtonun qəzzalıların Liviyaya zorla köçürülmə planı haqqında deyilənlər yalandır, həqiqəti əks etdirmi:" Biz bununla bağlı yalnız və yalnız könüllü köçü təşviq etmişik"
Rubio onu da xüsusi vurğulayıb ki, qəzzalıların deporttasiyası haqqında iddialar üzrə heç bir tərəflər təmasda olmayıblar: "Xeyr, deportasiya planı yoxdur. Lakin bəzi ölkələrlə söhbətimiz onların könüllü şəkildə daha rahat həyatı üçün həmin ölkələrdə yaşamalarına şərait yaradılması üzrə danışıqlarımız olub. Lakin bu, könüllü olmalıdır. Liviya ilə bağlı belə danışıqlarımız da olmayıb".
Maraqlıdır ki, artıq fələstinlilərin ilk köçlərinin yola çıxması ilə bağlı xəbərlər artıq müxtəlif teleqram kanallarında iddia edilir.
Ən pisi isə odur ki, dünyada sayları təxminən 354.503 milyon nəfər olan və hazırda dünyada 21 müstəqil dövləti olan ərəblər bu dəhşətli prosesə seyriçi olaraq tamaşa edir.
Məlumata görə, dünya üzrə 15,3 milyon yəhudidən təxminən 7 milyon 80 min nəfəri İsraildə yaşayır ki, bu da keçən illə müqayisədə təxminən 130 min çoxdur. Həmçinin, 6 milyona yaxın yəhudi ABŞ-da yaşayır.


Əntiqə Rəşid