“Trendyol”un Azərbaycanda 3 milyondan çox istifadəçisi var

Biz inanırıq ki, bu il “InMerge Innovation Summit” innovasiyanın gələcəyə doğru növbəti addımı olacaq. Hamımız bilirik ki, innovasiya yenilik və rahatlıq gətirir. Bu il biz “Trendyol” olaraq Azərbaycanda “PAŞA Holding” ilə əməkdaşlığa başlamışıq.
Adalet.az xəbər verir ki, bunu "InMerge Innovation Summit"də çıxışı zamanı Türkiyənin “Trendyol Group” şirkətinin direktoru Erdem İnan deyib.
O, “PAŞA Holding” ilə Azərbaycanda bir sıra layihələr planlaşdırdıqlarını qeyd edib.
"Bizim Azərbaycanda “PAŞA Holding” ilə 6 aylıq əməkdaşlığımız nəticəsində 3 milyondan çox istifadəçimiz var. Biz bu rəqəmi daha da böyütməyi planlaşdırırıq. Həmçinin ABAD-la əməkdaşlığa başlayırıq. Biz rəqəmsal iqtisadiyyatın ekosisteminə inanırıq. Bu sahədə güvənli əlaqələrin qurulması və dayanıqlı inkişaf edən əməkdaşlıq çox önəmlidir", - deyə Erdem İnan əlavə edib.
Digər Xəbərlər

Türkiyə Suriyaya qaz nəql edəcək

Yasamalda küçə ticarətinə göy yumurlar...

Daha 55 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

"Qarabağın bərpasına 18 milyard manatdan çox vəsait ayrılıb" - Deputat

4 ayda vətəndaşlara 56 milyon manata yaxın ƏDV geri qaytarılıb

Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi- FOTOLAR

Pensiya kapitalından necə istifadə etmək olar? - AÇIQLAMA
