25 Iyun 2024 18:00
401
İDMAN

"Turan Tovuz" Rusiya millisinin sabiq qapıçısını transfer etdi

“Turan Tovuz” heyətinə yeni oyunçu cəlb edib.

Klubdan Adalet.az-a verilən məlumata görə, bölgə təmsilçisi vaxtilə Rusiyanın 21 yaşlılardan ibarət milli komandasının da şərəfini qorumuş İvan Konovalovla anlaşıb.

Qolkiperlə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Moskva “Spartak”ının yetirməsi olan qapıçı Rusiyada “Amkar”, “Rubin”, “Ural”, “Baltika” klubları ilə yanaşı, Serbiyada “Radniçki”, “Baçka”, Belarusda “Torpedo”, Qazaxıstanda “Tobol”, Şotlandiyada isə “Livinqston” komandalarının da şərəfini qoruyub.