25 Iyul 2024 17:44
280
İDMAN

"Turan Tovuz"un Türkiyə klubu ilə yoxlama matçı ləğv olunub

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Turan Tovuz”un qardaş ölkə təmsilçisi "Kocaelispor”la yoxlama oyunu ləğv olunub.

Qərb təmilçisindən Adalet.az-a verilən məlumata görə, bu gün keçirilməli olan matç tərəflər arasında yaranan fikir ayrılığı səbəbindən baş tutmayıb.

Qeyd edək ki, Kurban Berdıyevin rəhbərlik etdiyi komanda daha əvvəl yoxlama matçlarında Türkiyə təmsilçiləri "Pendikspor" (0:0) və "Adana Dəmirspor"la (3:3) heç-heçə edib.