adalet.az header logo
  • Bakı -°C
10 Iyul 2026 12:28
61
HADİSƏ
A- A+

Turizm şirkətinin maşını ilə ayını vurub öldürdü

İsmayıllıda avtomobil ayını vuraraq öldürüb.

Adalet.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunda, Basqal qəsəbəsi ərazisində qeydə alınıb.

Turizm şirkətinə məxsus avtomobil hərəkətdə olan zaman yola çıxan ayını vurub. Ayı ölüb, avtomobilə ciddi ziyan dəyib.