“Türk Dünyası Memarlarının Şuşa Simpoziumu” keçirilib
Azərbaycanın Ümummilli Lideri və bütün Türk Dünyasının böyük şəxsiyyəti, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə 24-25 noyabr 2023-cü il tarixində Şuşada “Türk Dünyası Memarlarının Şuşa Simpoziumu” keçirilib.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Nuri Aksu çıxış ediblər.
Fondun nümayəndəsi Şuşanın zəngin mədəni irsinin Azərbaycan və bütün Türk Dünyası üçün əhəmiyyətindən söz açaraq, 30 ilə yaxın davam edən işğal nəticəsində burada yerləşən mədəni abidələrə və tarixi əsərlərə dəyən ziyandan bəhs edib. N.Aksu Şuşanın 2023-cü il üzrə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi ilə əlaqədar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən həyata keçirilən layihələr, xüsusilə Bursa, Daşkənd, Budapeşt, Astana və Türkistan şəhərlərində təşkil olunan “Şuşa Günləri” layihəsi barədə məlumat verib. Fondun layihə rəhbəri Türk mədəni irsinin qorunması və təbliğ edilməsinin təşkilatın əsas istiqamətlərindən olduğunu vurğulayaraq, keçirilən layihələrin bu səpkidə beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsinə töhfə verəcəyini bildirib.
Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstandan olan 60-a yaxın memar iştirak edib.
İştirakçılar Şuşada tarixi memarlıq abidələrinin bərpası, konservasiyası, abadlaşdırılması mövzularında müzakirələr aparıb, təqdimatlarla çıxış ediblər.
Şuşa simpoziumunda “Qoruq idarəetməsində və icma ilə işdə problemlər, çağırışlar və yeniliklər”, “Tarixi şəhərlərin regenerasiya siyasətləri və sənədləri”, “Abidə və qoruq şəhərlərin qorunma qanunvericiliyi”, “Tarixi şəhərlərin iqtisadi və turistik imkanları və çağırışları”, “Tarixi Şəhər Mühitinin qorunması və müasir tələblərə adaptasiyası” və digər mövzular ətrafında panel müzakirələri aparılıb.
Bununla yanaşı, simpoziuma qatılan memarlar Şuşanın işğalı nəticəsində şəhərdə törədilmiş vandalizm halları ilə yerində tanış olublar. Onlara Azərbaycan tərəfindən aparılan yenidənqurma işləri və tarixi abidələrin bərpası ilə bağlı ətraflı məlumat verilib
Digər Xəbərlər
30 Mart 2026 09:36
“Heç şübhəsiz, Rasim Balayev kinomuz üçün daha böyük obrazlar yarada bilərdi...”
29 Mart 2026 21:40
Beynəlxalq Teatr Gününə həsr olunmuş tədbir keçirilib
29 Mart 2026 16:45
Mədəniyyət Nazirliyi Rasim Balayevin ölümü ilə bağlı nekroloq yaydı
29 Mart 2026 13:45
Rasim Balayev vəfat etdi
28 Mart 2026 10:21
İlham Əliyev onları təbrik etdi
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25


Bakı -°C

