Türkiyə 700 milyon dollara həmin təyyarələrdən aldı
Böyük Britaniya Türkiyəyə 12 ədəd C-130J Super Hercules hərbi nəqliyyat təyyarəsinin satışını təsdiqləyib.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarələr tamamilə yeni deyil və əvvəllər istismar olunub.
Sazişin təfərrüatları Böyük Britaniya Silahlı Qüvvələri naziri Luk Pollard tərəfindən açıqlanıb.
Müqavilənin dəyəri 550 milyon funt sterlinqdən (700 milyon dollar) çoxdur və Türkiyənin Avropa istehsalı olan 20 ədəd "Typhoon" qırıcı təyyarəsi almasını da nəzərdə tutan daha böyük bir müqavilənin bir hissəsidir. Pollardın sözlərinə görə, təyyarələrin satışı Britaniyanın gəlirini 8 milyard funt sterlinq (10 milyard dollar) artırıb.
Həmçinin qeyd olunur ki, yük təyyarələrinin satışı ilə yanaşı, Britaniya təyyarənin mərkəzi qanad qutusunun dəyişdirilməsi də daxil olmaqla, modernləşdirmə prosesini də həyata keçirəcək. Bu işin təyyarələr istifadəyə verilməzdən əvvəl həyata keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, ötən il noyabr ayının 11-də Azərbaycandan qalxan Türkiyənin C-130 hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb. Qəza baş verən zaman təyyarədə heyət də daxil olmaqla 20 nəfər olub.


Bakı -°C

