Türkiyə Prezidenti Putinə Ukrayna danışıqları ilə bağlı ev sahibliyi təklif edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putin arasında bu gün baş tutan telefon danışığının yeni təfərrüatları məlum olub.
Adalet.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Ərdoğan Rusiya ilə Ukrayna arasında davam edən müharibədə sülh danışıqlarına ev sahibliyini təklif edib.
O, Qara dənizdə ticarət gəmiçiliyinin təhlükəsizliyi üçün atılacaq xoşniyyətli addımların sülh prosesinə töhfə verəcəyini və Türkiyənin Qara dənizin münaqişə bölgəsinə çevrilməsinin qarşısını almaq üçün üzərinə düşəni etməyə davam etdiyini bildirib.
Bundan başqa, Türkiyə lideri Suriya məsələsində Rusiya ilə əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Suriyada sülh və sabitliyin təmin olunması üçün Ankara və Moskva koordinasiyalı hərəkət etməlidir.
Qeyd edək ki, bu gün dövlət başçıları arasında telefon danışığı olub.
Digər Xəbərlər

Xameneidən Trampın İranı bombalamaq sözlərinə CAVAB

Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq - Tramp

NATO genişmiqyaslı aviasiya təlimlərinə başlayır

ABŞ lideri: Ukrayna heç vaxt NATO üzvü olmayacaq, Zelenski bunu anlayır

İran ABŞ ilə müharibəyə hazırlaşır

Şolts ABŞ liderinə xəbərdarlıq edib: Aİ vahid cəbhə ilə cavab verməyə hazırdır

İsrailli nazir: Qəzzalıların ən azı 40%-i anklavı tərk etmək istəyir
