08 Dekabr 2023 14:32
551
DÜNYA

Türkiyə Prezidentindən Ermənistana ÇAĞIRIŞ

Ermənistan hakimiyyəti son hadisələrdən dərs alaraq, təxribatlara əl atmamalıdır.

Adalet.az-ın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstandan qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, sülh fürsətindən istifadə etmək və Ermənistanı yanlış yönləndirən ölkələrin tələsinə düşməmək Ermənistanın öz xeyrinə olacaq: “Azərbaycanla sülhə əsaslanan münasibətlər Ermənistan üçün ən yaxşı variantdır. Onu silahlandıranlar qısa zamanda Ermənistanı tək qoyacaqlar”.