Türkiyə sahillərində tankerlərə PUA hücumu
Qara dənizdə, Türkiyənin şimal sahilləri yaxınlığında 3 tankerə pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar qeydə alınıb.
Adalet.az xəbər verir ki, bu barədə “Röyters” “Tribeca” gəmiçilik agentliyinə istinadla məlumat yayıb.
Məlumata görə, Palau bayrağı altında üzən "James II" tankeri Türkeli ərazisindən təxminən 80 km şimalda hücuma məruz qalıb.
Syerra-Leone bayrağı altında üzən "Altura" və "Velora" tankerləri gəmilər arasında yük köçürmə əməliyyatı aparılarkən yaxınlıqdakı ərazidə hücuma məruz qalıblar.
Türkiyə hadisə yerinə sahil mühafizəsi qayıqları göndərib.
Tankerlərin bütün heyət üzvlərinin vəziyyəti yaxşıdır.


Bakı -°C

