Toral Bayramovdan VİDA PAYLAŞIMI
"Qarabağ"dan ayrılıb "Bursaspora"a transfer olunan Toral Bayramov vida paylaşımı edib.
Adalet.az futbolçunun paylaşımını təqdim edir:
"Bu gün sözləri seçmək asan deyil. Bu forma ilə keçən illər ərzində təkcə futbol oynamadım, böyüdüm, öyrəndim və unudulmaz xatirələr qazandım.
Mənə güvənən hər kəsə - rəhbərliyə, məşqçilərə, komanda yoldaşlarıma və hər zaman yanımda olan azarkeşlərə təşəkkür edirəm. "Qarabağ" mənim üçün sadəcə klub olmadı, həyatımın bir hissəsinə çevrildi.
Doğma "Qarabağ"ı çempion kimi tərk etmək istəyərdim. Olmadı... Əvəzində Çempionlar Liqasında tarix yazıldı!
Çətin qərar oldu, həm mənim, həm də rəhbərlik üçün. İstəyimi nəzərə alıb mənim keçidimi anlayışla qarşılayan rəhbərliyə xüsusi təşəkkürümü bildirirəm.
Hər son yeni başlanğıcdır. Görüşənədək, Uğurlar "Qarabağ".
Digər Xəbərlər
24 Iyun 2026 12:00
Ronaldo Messinin adını çəkən jurnalistə belə reaksiya verdi - VİDEO
24 Iyun 2026 10:17
Kolumbiya Konqonu məğlub edib pley-off-a yüksəldi
24 Iyun 2026 09:21
DÇ-də görünməmiş rekord - Ronaldo rəqibindən 22 yaş böyük idi
23 Iyun 2026 20:44


Bakı -°C

