Türkiyə səfiri: "Azərbaycanın yanındayıq..."
2020-ci il Qarabağ müharibəsindən sonra Azərbaycan öz suverenliyini bütün ölkə ərazisində tam bərpa edib və bununla da şəhidlərin arzusu gerçəkləşib.
Adalet.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Şəhidlər Xiyabanını ziyarət edərkən bildirib.
Səfir qeyd edib ki, bu gün Azərbaycan xalqının azadlıq və müstəqillik yolunda göstərdiyi milli iradənin təzahürünün 36-cı ili tamam olur: “Azərbaycan xalqı bütün çətinliklərə baxmayaraq, o ağır şəraitdə öz müstəqillik və suverenlik iradəsini ortaya qoyub. Azad və müstəqil Azərbaycan naminə, Türkiyə–Azərbaycan qardaşlığı adına biz hər zaman Azərbaycanın yanında olmuşuq. Bu gün də yanındayıq, sabah da birlikdə olacağıq”.
Birol Akgün Azərbaycan–Türkiyə qardaşlığının daim olmasını arzuladığını bildirib və şəhidlərə Allahdan rəhmət diləyib.
Digər Xəbərlər
19 Yanvar 2026 15:20
Prezident və xanımı İsveçrədə - FOTOLAR
19 Yanvar 2026 14:19
Kərim Vəliyev Qətərdə səfərdədir
19 Yanvar 2026 14:18
İsrailin Azərbaycandakı sabiq səfiri vəfat edib
19 Yanvar 2026 13:51
“Bu xain molla rejimi istənilən halda dəyişəcək...”
19 Yanvar 2026 12:38
20 Yanvar xalqın yaddaşına yazılmış əbədi qürur
19 Yanvar 2026 12:13
“Suriyada YPG-PKK terror təşkilatının varlığına son qoyulur...”
19 Yanvar 2026 11:52
“Çin və Rusiya üçün İranı itirmək daha ağır nəticələrə səbəb olacaq”
19 Yanvar 2026 11:35


Bakı -°C

