06 Fevral 2025 09:21
82
DÜNYA

Türkiyə Ukraynada ədalətli həllin tərəfdarıdır - Ərdoğan

Türkiyə Ukrayna münaqişəsinin ədalətli həllinin tərəfdarıdır.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə görüşdən sonra deyib.

"Ukraynadakı müharibə sülhlə başa çatmalıdır. Biz Ukraynada ədalətli və davamlı nizamlamanın tərəfdarıyıq", - deyə Türkiyə Prezidenti bildirib.