Türkiyə XİN: Krımın ilhaqı beynəlxalq hüququn pozulmasıdır
Türkiyə Xarici İşlər Nazirliyi Krım yarımadasının qanunsuz ilhaqının 11-ci ildönümü ilə bağlı bəyanat yayıb.
Adalet.az xəbər verir ki, bəyanatda Rusiyanın Ukraynanın Krım yarımadasını ilhaq etməsi beynəlxalq hüququn pozulması kimi qiymətləndirilib.
Sənəddə Ankaranın bu durumu qəbuledilməz hesab etdiyi, Ukraynanın ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyi qeyd olunub: “Krım tatar türklənin durumu başda olmaqda yarımadadakı vəziyyət yaxından izləməyi və mövcud prosesləri beynəlxalq ictimaiyyətin gündəmində saxlayacağıq".
Xatırladaq ki, Rusiyanın Krım yarımadasını işğal etməsi 2014-cü il fevralın 20-də qoşunların yeridilməsi və strateji obyektlərin ələ keçirilməsi ilə başlayıb. Martın 16-da Rusiya hərbçilərinin nəzarəti altında “referendum” keçirilib. İki gün sonra isə Rusiya müvafiq “sənəd” imzalayaraq Krımın “ilhaq”ını elan edib. Martın 27-də BMT Baş Assambleyası Ukraynanın ərazi bütövlüyünü təsdiqləyən qətnamə qəbul edib.
Krımın işğalı davam edir və Azərbaycan daxil olmaqla dünya ictimaiyyəti onun ilhaqını tanımır.
Digər Xəbərlər
18 Sentyabr 2026 21:00
Kadırovun üzündən oxuya bilməyən oğlu biabır oldu - VİDEO
18 Sentyabr 2026 17:41
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
18 Sentyabr 2026 16:52
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
18 Sentyabr 2026 15:10
Paşinyan Hessen Sülh Mükafatına layiq görüldü - YENİLƏNİB
18 Sentyabr 2026 13:28
Ayıların hücumlarına görə - Komendant saatı elan etdilər
18 Sentyabr 2026 10:38
İstanbul 2027-ci ildə “İspaniya Super Kuboku”na ev sahibliyi edəcək - FOTOLAR
18 Sentyabr 2026 09:41
Səudiyyə Ərəbistanına 48 ədəd F-35 satacaqlar
17 Sentyabr 2026 21:00


Bakı -°C

