Türkiyədə 424 nəfər saxlanıldı
Türkiyədə narkotacirlərə qarşı əməliyyat keçirilib, 2 tondan çox uyuşdurucu ələ keçirilib, 424 nəfər saxlanılıb.
Adalet.az "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) 71 vilayətdə narkotik maddə satıcılarına qarşı son 10 gündə keçirilən əməliyyatlarda 2 ton 367 kilo 634 qram narkotik maddənin ələ keçirildiyini, saxlanılan 894 şübhəlidən 424-nün həbs olunduğunu açıqlayıb.
Adana, Adıyaman, Afyonkarahisar, Ağrı, Aksaray, Amasya, Ankara, Antalya, Aydın, Balıkesir, Bartın, Batman, Bayburt, Bingöl, Bitlis, Bolu, Burdur, Bursa, Çanakkale, Çankırı, Çorum, Denizli, Diyarbakır, Düzce, Edirne, Elazığ, Eskişehir, Gaziantep, Giresun, Hakkari, Hatay, Iğdır, Isparta, İstanbul, İzmir, Kahramanmaraş, Karaman, Kars, Kayseri, Kırıkkale, Kırklareli, Kilis, Kocaeli, Konya, Kütahya, Malatya, Manisa, Mardin, Mersin, Muğla, Muş, Nevşehir, Niğde, Ordu, Osmaniye, Rize, Sakarya, Samsun, Siirt, Sinop, Sivas, Şanlıurfa, Şırnak, Tekirdağ, Tokat, Trabzon, Uşak, Van, Yalova, Yozgat və Zonguldakdakı əməliyyatlara 345 qrup, 3 min 360 nəfərlik şəxsi heyət, 11 hava vasitəsi və 43 narkotik detektor iti cəlb olunub.
Əməliyyatlarda 2 ton 367 kilo 634 qram narkotik maddə ilə 4 milyon 34 min 459 narkotik həb ələ keçirilib. Narkotik maddələr arasında 1 ton 917 kilo sintetik əcza xammalı da yer alıb.
Saxlanılan 894 şübhəlidən 424-ü həbs edildiyi halda, 93-ü barəsində məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Digər şübhəlilərlə bağlı prosedurlar davam edir.
Digər Xəbərlər
12 Oktyabr 2026 10:38
İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı
12 Oktyabr 2026 10:22
Neft tankeri Hörmüzdə minaya düşdü - VİDEO
12 Oktyabr 2026 09:48
“Zelenski bu məsuliyyəti üzərinə götürməyə hazır deyil”
12 Oktyabr 2026 09:46
Qardaş ölkə sərhəddə fövqəladə vəziyyət elan etdi
12 Oktyabr 2026 09:30
Polşanın Baş nazirini öldürməklə hədələyən şəxs saxlanıldı
12 Oktyabr 2026 09:10
Tramp 41 illik qərarı bir imza ilə ləğv etdi
11 Oktyabr 2026 15:53
İngiltərədə zooparkda pələng kişiyə hücum etdi - Hadisə yerində öldü - VİDEO
11 Oktyabr 2026 15:49


Bakı -°C

