28 Oktyabr 2025 09:14
95
DÜNYA

Türkiyədə 6,1 ballıq zəlzələ oldu, 100-dən çox afterşok qeydə alındı - YENİLƏNİB

Türkiyənin Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələdən sonra 102 afterşok qeydə alınıb.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin Boğaziçi Universitetinin Kandilli Rəsədxanası məlumat yayıb.

***

00:03

Oktyabrın 27-i Türkiyənin Balıkesir vilayətində 6,1 bal gücündə zəlzələ baş verib.

Adalet.az xəbər verir ki, Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Olunması Baş İdarəsindən (AFAD) yayılan açıqlamaya əsasən, yeraltı təkanların episentri Balıkesirin Sındırqı rayonudur.

Yerli vaxtla saat 22:48-də meydana gələn zəlzələ başda İstanbul olmaqla bir çox bölgədə hiss edilib.