Türkiyədə çoxmərtəbəli binada yanğın - Ölənlər var - YENİLƏNİB - VİDEO

İstanbulda 16 mərtəbəli binanın alt mərtəbəsində yerləşən gecə klubunda yanğın baş verib.
Adalet.az xəbər verir ki, hadisədə 27 nəfər həyatını itirib, 1 nəfər yaralanıb.
***17:15
Xəbər verdiyimiz kimi, İstanbulda 16 mərtəbəli binanın alt mərtəbəsində yerləşən gecə klubunda yanğın baş verib.
Adalet.az-ın məlumatına görə, hadisə zamanı 16 nəfər həyatını itirib, 7 nəfər yaralanıb.
Hazırda ərazidə yanğın söndürülüb. İçəridə həyatını itirənlərin təmir işləri aparan işçilər olduğu öyrənilib. Hadisə ilə bağlı 5 nəfər barəsində həbs qətimkan tədbiri seçildiyi açıqlanıb.
17:10
İstanbulun Beşiktaş rayonunda gecə klubunda yanğında ölənlərin sayı artıb.
Adalet.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yanğın zamanı 15 nəfər ölüb, 7-si ağır olmaqla 8 nəfər xəsarət alıb.
Yanğınla bağlı araşdırmalara başlanılıb.
***
İstanbulun Beşiktaş şəhərində 16 mərtəbəli binanın alt qatında bir iş yerində baş verən yanğında 12 nəfər həyatını itirib, 7-si ağır olmaqla 11 nəfər yaralanıb.
Adalet.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
İstanbul valisi Davud Gül həyatını itirənlərin fəhlə olduğunu bildirib. O, hadisə yerində verdiyi ifadəsində yanğının səbəbinin bilinmədiyini deyib:
“Gecə klubunun lisenziyası 1987-ci ildə alınıb, 2018-ci ildə yenilənib. Binanın altında diskoteka kimi istifadə edilən məkan olub və təmir işləri aparılır. Yanğın nəticəsində təmir işini aparanlar həyatını itirib və yaralanıb. Hadisə nəticəsində ümumilikdə 23 nəfər zərər çəkib".
***
16:06
Türkiyənin Şişli rayonunda 16 mərtəbəli binada yanğın nəticəsində 7 nəfər ölüb, 3-ü ağır olmaqla 9 nəfər xəsarət alıb.
Adalet.az xəbər verir ki, məlumatı "TRT Haber" yayıb.
Məlumata görə, İstanbul valiliyi hadisə ilə bağlı araşdırma başladıb.
Digər Xəbərlər

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 100-ü keçib

Ukraynada çoxsaylı vətəndaşlığa icazə verilib

Ermənistan Fransaya hərbi attaşe təyin edib

Ukraynada hərbi vəziyyətin müddəti uzadıldı

Danimarka, Niderland və İsveç Ukraynaya silah yardımına qoşulacaq

Türkiyənin hava məkanında rekord tranzit uçuş qeydə alındı

15 iyul Türkiyə üçün lakmus sınağı rolunu oynadı - Ərdoğan
