adalet.az header logo
  • Bakı -°C
24 Aprel 2026 11:50
77
DÜNYA
A- A+

Türkiyədə daha bir bələdiyyəyə qarşı əməliyyat - Saxlanılanlar var

Türkiyə polisi Şanlıurfanın Halfeti bələdiyyəsinə qarşı əməliyyat keçirib.

Adalet.az xəbər verir ki, səhər saatlarında keçirilən əməliyyatda 2019-cu il yerli seçkilərindən 2024-cü ilə qədər olan idarəetmə prosesində və qəyyumluq dövründə tenderlərdə korrupsiya ittihamları ilə 47 nəfər saxlanılıb.

Saxlanılanlar arasında keçmiş bələdiyyə sədri Şərəf Albayrak, inzibatçılar və texniki işçilər də var.