XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pislədi
23 aprel tarixində Ermənistanın paytaxtı İrəvan şəhərində “məşəl yürüşü” zamanı Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyirik.
XİN-dən Adalet.az-a verilən xəbərə görə, Ermənistan hökuməti etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu kimi kampaniyanın qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi.
"Bu kimi qəbuledilməz aktlara demokratik normalar, sərbəst toplaşmaq və fikir azadlıqları əsas gətirilərək göz yumulması tamamilə qəbuledilməzdir.
Ermənistanda hələ də güclü şəkildə revanşist və etnik nifrətə əsaslanan faşist düşüncənin açıq təzahürü olan bu kimi aktlar beynəlxalq səviyyədə pislənməli və qarşısı alınmalıdır.
Ermənistan hökumətini bu hərəkətləri törətmiş şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq", - XİN-in məlumatında deyilir.
Digər Xəbərlər
16 May 2026 17:07
“İsrail Suriyada İŞİD terror təşkilatını fəallaşdırır”
16 May 2026 16:16
“Rusiya işğal ərazisini genişləndirə bilmir, itkilərinin sayı artıb”
16 May 2026 14:16
“Xalqın içində olmaq, onunla sarılmaq insanı güclü edir”
16 May 2026 13:53
"Azərbaycan Ümumdünya Şəhərsalma Forumu ilə bağlı təcrübəsini bölüşməyə hazırdır" - İlham Əliyev
16 May 2026 13:10
Prezident Anaklaudia Rossbaxı qəbul etdi - FOTOLAR
16 May 2026 11:25
“Türküstan zirvəsi ikitərəfli münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi”
15 May 2026 23:54
“Onlar dünyanı xaosa sürükləməyə çalışan təbəqələrin bir tərkib hissəsidir”
15 May 2026 23:47


Bakı -°C

