adalet.az header logo
  • Bakı -°C
24 Aprel 2026 09:51
86
DÜNYA
A- A+

İrana qarşı nüvə silahından istifadə ediləcək? - Trampdan açıqlama

ABŞ prezidenti Donald Tramp İrana qarşı nüvə silahından istifadə etmək niyyətində olmadığını açıqlayıb. 

Adalet.az xəbər verir ki, Tramp bu barədə ona sual verən jurnalistə cavab verib.

Onun sözlərinə görə, Amerika ordusu artıq İran ordusunun hərbi potensialını məhv edib: "Niyə mən bunu etməliyəm? Əgər nüvə silahlarını istifadə etmədən ənənəvi vasitələrlə tamamilə məhv etmişiksə, niyə istifadə edək? Heç kimin nüvə silahlarından istifadə etməsinə icazə verilməməlidir".