Türkiyədə daha bir məktəbə SİLAHLI HÜCUM
Türkiyənin Diyarbəkir vilayətində məktəb yaxınlığında baş verən silahlı hadisə ciddi təşvişə səbəb olub.
Adalet.az xəbər verir ki, hadisə Yenişehir rayonunun Fabrika məhəlləsində, orta məktəb və uşaq bağçasının yerləşdiyi ərazidə qeydə alınıb.
Naməlum şəxs ətrafdakı obyektlərə və məktəb istiqamətinə dəfələrlə atəş açıb. Silah səsləri sakinlər arasında panika yaradıb, şagirdlər və valideynlər qorxu içində ərazidən uzaqlaşmağa çalışıblar.
Məlumat daxil olduqdan sonra hadisə yerinə çoxsaylı polis qüvvələri cəlb olunub. Hüquq-mühafizə orqanlarının operativ müdaxiləsi nəticəsində silahlı şəxs qısa müddətdə zərərsizləşdirilərək saxlanılıb.
Hadisə şahidi Yunus Gençer bildirib ki, hücum edən şəxs əvvəlcə mağazalara, daha sonra məktəbə tərəf atəş açıb. Onun sözlərinə görə, hücumçu nasoslu ov tüfəngindən istifadə edib və insanlar canlarını qurtarmaq üçün qaçmağa məcbur olublar.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
30 Iyun 2026 18:10
Hazırda dünyada neçə milyarder var?
30 Iyun 2026 17:27
Xameneinin dəfn mərasimini 67 min hərbçi və könüllü müşaiyət edəcək
30 Iyun 2026 16:50
Relslər əyilir, asfaltlar əriyir - Avropa istidən əziyyət çəkir
30 Iyun 2026 16:46
Nyu-Yorkda təyyarə dronla toqquşdu
30 Iyun 2026 13:54
Paşinyan Xameneinin vida mərasimində iştirak edəcək
30 Iyun 2026 10:07
"Benzin şirkətləri qiymətləri dərhal aşağı salmalıdır!" - Trampdan xəbərdarlıq
29 Iyun 2026 20:00
Fransa və Oman Hörmüzün minalardan təmizlənməsi üzərində birgə işləyəcək
29 Iyun 2026 19:41


Bakı -°C

