adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Dekabr 2020 21:07
18843
DÜNYA

Türkiyədə hoteldə əməliyyat: Polislər yaralandı - VİDEO

Türkiyənin Kahramanmaraş şəhərindəki hoteldə atışma nəticəsində iki polis məmuru yaralanıb.

“Haber Global” məlumat verir ki, xüsusi əməliyyat polisi hoteldə əməliyyat keçirib.

Hadisə yerli vaxtla saat 11:15 radələrində Milli Egemenlik prospektində yerləşən bir hoteldə baş verib.

Naməlum şəxs və ya şəxslər bilinməyən səbəbdən hoteldə başlayan davaya müdaxilə edən polislərə atəş açıblar.

Nəticədə iki polis məmuru yaralanıb. Yaralı polis məmurları təcili yardımla xəstəxanaya aparılıblar. Hotelin ərazisini mühasirəyə alan xüsusi əməliyyat qrupları şübhəliləri tutmaq üçün əməliyyata başlayıb.