02 Iyul 2025 11:07
200
DÜNYA

Türkiyədə NATO sammitinə görə qərargah tikilir

2026-cı ilin yayında Ankarada keçiriləcək NATO sammitinin "Aypara və Ulduz" müştərək qərargahında keçirilməsi planlaşdırılır.

Adalet.az xəbər verir ki, bu barədə  "Milliyet" qəzeti məlumat dərc edib. 

Bildirilir ki, bu sammit "Türkiyə Pentaqonu" da adlanır. 

"Hazırda tikilməkdə olan Türkiyənin ən mühüm layihələrindən biri olan “Aypara və Ulduz” birgə qərargahının sammitin mərkəzi olması planlaşdırılır", - nəşr yazır.

Türkiyə qəzeti yazır ki, Birləşmiş Qərargah Milli Müdafiə Nazirliyi, Baş Qərargah, Ordu, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrini 890 min kvadratmetrlik qapalı sahədə bir kampusda birləşdirəcək.

İyunun 30-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2026-cı ildə NATO sammitinin Ankarada keçiriləcəyini bəyan edib.