Türkiyədə zəlzələyə səbəb olan qırılma xəttinin Yer səthini parçaladığı nöqtə aşkarlandı
Türkiyədə 7,7 bal gücündə zəlzələyə səbəb olan qırılma xəttinin Yer səthini kəsdiyi nöqtə tapılıb.
Bu barədə İzmir Dokuz Eylül Universiteti Zəlzələ Araşdırma və Tətbiq Mərkəzinin müdiri, geologiya mühəndisliyi üzrə professor Hasan Sözbilir məlumat verib.
Hasan Sözbilir qeyd edib ki, apardıqları araşdırmalar nəticəsində Kahramanmaraş-Qaziantep magistral yolunun Tevekkelli kəndi yaxınlığında baş verən zəlzələnin təsiri ilə yolun üç metr kənara sürüşdüyü aşkarlanıb.
“10 şəhərdə minlərlə insanın ölümünə və mal itkisinə səbəb olan qırılma xəttinin Yer səthi üzərində parçalandığı nöqtə müəyyən edilib. Bu, 7,7 bal gücündə zəlzələyə səbəb olan qırılma xəttinin səthi kəsdiyi ərazidir. Qırılma xəttinin parçalanması Yerin səthində orta hesabla ən azı üç metr sürüşmə yaradıb, onu asfalt yolun sol yan tərəfdən orta hesabla üç metr məsafədə yerdəyişməsindən də başa düşə bilərik. Bu qırılma xətti elmi ədəbiyyatda Gölbaşı-Türkoğlu seqmenti kimi tanınır. Beləliklə də qırılma xəttinin Gölbaşı-Türkoğlu xətti boyunca keçdiyini deyə bilərik. Bu zona boyunca və yaxınlıqdakı evlərin çox hissəsi dağılıb”, - deyə professor qeyd edib.
Qeyd edək ki, İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) prezidenti Karlo Dayloni da açıqlamasında bildirib ki, Türkiyənin cənubunda baş verən zəlzələ geoloji sürüşməyə səbəb olub ki, nəticədə litosfer plitələri üç metr məsafədə yerini dəyişib.
Digər Xəbərlər
13 Dekabr 2025 17:01
İndoneziyada ölənlərin sayı 1000-ə ÇATDI
13 Dekabr 2025 16:51
Ərdoğan: Türkiyə ordusunun Qəzzaya göndərilməsi...
13 Dekabr 2025 16:19
Ərdoğandan mərc oyunları barədə: Hansı klub olursa olsun...
13 Dekabr 2025 16:02
Tayland–Kamboca sərhədində döyüşlər şiddətləndi
13 Dekabr 2025 14:35
Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil
13 Dekabr 2025 13:55
Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib
13 Dekabr 2025 00:33
GƏRGİNLİK PİK HƏDDƏ:Türkiyəyə məxsus yük gəmisi vuruldu - VİDEO - YENİLƏNİB
12 Dekabr 2025 23:56


Bakı -°C

