adalet.az header logo
  • Bakı -°C
01 Yanvar 2026 08:35
97
DÜNYA
A- A+

Türkiyəli qadın Trampın qızı olduğunu iddia edir

55 yaşlı türkiyəli qadın Necla Özmen ABŞ prezidenti Donald Trampın qızı olduğunu iddia edir.

Adalt.az xəbər verir ki, rəsmi qeydlərə görə, Neclanın valideynləri bir neçə il əvvəl vəfat edən Satı və Dursun Özmenlərdir. Lakin Satının uşağının öldüyü iddia edilir və eyni xəstəxanada doğuş edən Sofiya adlı amerikalı qadın yeni doğulmuş körpəsini Özmen ailəsinə verib.

Neclanın sözlərinə görə, "övladlığa götürən anası" Trampı televiziyada gördükdən sonra ona əslində atasının olduğunu deyib.

Türkiyəli qadın vurğulayıb ki, Trampın həqiqətən atası olub-olmadığını bilmir. Buna görə də, o, Ağ Evin vəzifəli şəxsinin onunla danışmasını və razılaşarsa, DNT testi aparılmasını istəyir.

Özmen Trampın yaxşı ata olduğuna və onu rədd etməyəcəyinə əminliyini bildirib.

Oktyabr ayında Ankara məhkəməsi sübutların olmaması və qanuni tələblərə cavab verməməsi səbəbindən Özmenin iddiasını rədd edib. Lakin Özmen apelyasiya şikayəti verməyi planlaşdırır. O, həmçinin ABŞ-ın Türkiyədəki səfirliyinə və Amerika məhkəmələrinə müraciət edib.