Türkmənistan bu il TDT-nin tamhüquqlu üzvü ola bilər
Türkmənistan bu il Türk Dövlətləri Təşkilatının (TDT) tamhüquqlu üzvü ola bilər.
Adalet.az xəbər verir ki, bu barədə Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkiyənin Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumu çərçivəsində bildirib.
Qurbanqulu Berdiməhəmmədovun sözlərinə görə, bu qərar ola bilsin ki, Aşqabadda Maxtumkuli Fraqinin 300 illik yubileyinə həsr olunmuş dövlət başçılarının Zirvə görüşündə açıqlansın.
Həmçinin bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda keçiriləcək Zirvə toplantısında iştirak etmək arzusunu ifadə edib.
Xatırladaq ki, Türkmənistan hazırda TDT-də müşahidəçi statusuna malikdir.
Digər Xəbərlər
23 Yanvar 2025 18:52
Fidan Lavrovla Suriyanı və terrorizmlə mübarizəni müzakirə edib
23 Yanvar 2025 18:26Paşinyan: Ermənistan Rusiya və Aİ ilə münasibətlərini balanslaşdıracaq
23 Yanvar 2025 17:42NATO-nun baş katibi Paşinyanla sülhü müzakirə etdi
23 Yanvar 2025 16:59Paşinyan: Ermənistan həm Azərbaycan, həm də Türkiyə ilə də nəqliyyat əlaqələri qurmağa hazırdır
23 Yanvar 2025 15:37