"Türyançay" Sol Sahil kanalının bərpası bu ilin sonuna qədər yekunlaşacaq
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "Türyançay" Sol Sahil kanalının bərpasını bu ilin sonuna qədər yekunlaşdıracaq.
Adalet.az bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, hazırda survarma kanalının yenidən qurulmasının I mərhələsidir. Bərpa işlərinə ötən il başlanılıb. Artıq kanalın qurğularla birgə 7 km hissəsinin tikintisi tamamlanıb və işlər davam edir.
Ümumi uzunluğu 11,5 km olan kanal üzərində sudüşürən, suburaxan, borulu keçid, səviyyəqaldıran, akveduk olmaqla ümumilikdə 48 hidrotexniki qurğu var.
Mənbəyini "Türyançay"dan götürən kanalın yenidən qurulması nəticəsində Ağdaş və Ucar rayonlarının 11 335 hektar torpaq sahəsinin suvarılması yaxşılaşacaq. Bu isə həmin torpaqlarda məhsuldarlığı artırmaqla yanaşı, təkrar əkin aparılmasına da imkan yaradacaq.
Digər Xəbərlər
26 Sentyabr 2026 09:45
Daxili siyasətin əsas prioritetlərindən biri açıqlandı
26 Sentyabr 2026 09:30
Azərbaycana 350 milyard dollar investisiya yatırılıb
25 Sentyabr 2026 21:21
II Beynəlxalq İnvestisiya Forumunun ilk günü başa çatdı
25 Sentyabr 2026 13:58
TRİPP mühüm vasitədir - Diplomat
25 Sentyabr 2026 12:58
AIIF çərçivəsində 12 sənəd imzalandı - YENİLƏNİB
25 Sentyabr 2026 12:03
"Öz iqtisadiyyatımıza investisiya qoymaqdan çəkinmirik" - Nazir
25 Sentyabr 2026 08:51
"Onlardan 406 müəssisə özəl sektorun təmsilçisidir"
24 Sentyabr 2026 22:26


Bakı -°C

