İynə atsan yerə düşməzdi...
Aprelin 21- də Metropolitenin baş vermiş texniki nasazlıq üzündən bir neçə saat işləməməsi yerüstü nəqliyyatın iflic vəziyyətdə olduğunu göstərdi.Belə ki, həmin saatlarda metro işləmədiyinə görə, bu sətirlərin müəllifi də avtobusdan istifadə etməli oldu.
Metronun " İçərişəhər" satansiyası bağlı olduğu üçün 65 nömrəli marşrutda işləyən avtobusa minib, " 20 yanvar" da düşdüm. Keçiddən çıxan adamlardan soruşdum ki, metro işləyir? Dedilər ki, yox ışləmir! Ona görə də həmin yerdəki avtobus dayanacağına gəldim. Burada o qədər sərnişin vardı ki, iynə atsan yerə düşməzdi! Nə avtobusa minmək olurdu, nə də taksilərə .
Çünki polis taksilərin orada dayanmasına imkan vermirdi. Vəziyyətdən həmişə olduğu kimi sui-istifadə edən taksi sürücüləri qiymətləri qaldırmışdılar. Həmişə metronun ' Neftçilər" , " Xalqlar dostluğu " stansiyalarına bir manata aparırdılar. Həmin saatlarda iki manata belə taksilər yaxın durmurdu. Dörd tələbə bir taksi sürücüsünə dedi ki, bizi iki manatdan " Neftçi"lərə apar. Sürücü isə razılaşmadı.Və adambaşına " üç manat" deyib durdu.
Tay fikirləşmədiki , bunlar tələbədir və pulları olmaya bilər. Bax həmişə belə çətin durumda taksilər qiyməti dəfələrlə bahalaşdırırlar ! Bir tərbiyəsiz taksi sürücüsü də vardı. Söyüşnən danışırdı və heç kim də onun tərbiyəsiz hərəkətinə görə maşınına minmədi! Nə qədər gözlədik avtobus olmadı. Axırda əlacımız kəsilib üç manat verib taksi ilə " Xalqlar dostluğu " na gəldik! Həmin saatlarda Yerüstü Nəqliyyat Agentliyinin heç bir fəaliyyəti hiss olunmadı və xətlərə əlavə avtobuslar buraxılmadı.
Eyni zamanda çətin vəziyyətdə yol polisi də hərəkət iştirakçılarına kömək etmədi!Yəni bəzi qurumların yarıtmaz fəaliyyəti üzə çıxdı.Bir neçə saatdan sonra metroda bütün stansiyaların fəaliyyəti bərpa olundu. Və Allah bir daha sərnişinləri Yerüstü Nəqliyyat Agentliyinə və taksi sürücülərinə möhtac eləməsin! Amin!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
22 Aprel 2026 12:21
Məzahir Pənahovun yenidən MSK üzvlüyünə namizədliyi irəli sürüldü
22 Aprel 2026 12:19
YAP bu şəxslərin MSK üzvlüyü üçün Milli Məclisə təqdimat verdi - FOTOLAR
22 Aprel 2026 11:50
Hesablama Palatası səhiyyə sektorunda nöqsanlar aşkarladı
22 Aprel 2026 11:39


Bakı -°C

